AZƏRBAYCAN » CƏMİYYƏT
27 May 2016, 17:45 (GMT +4)

Bayram günləri Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi adi rejimdə çalışacaq

Bakı, 27 may, SalamNews. Bayram günləri Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi adi rejimdə çalışacaq.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, 28 May - Respublika Günü ilə əlaqədar may ayının 28-dən 30-dək qeyri-iş günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu həyata keçiriləcək.