AZƏRBAYCAN » SİYASƏT
21 İyun 2016, 15:35 (GMT +4)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edilib (SİYAHI)

Bakı, 21 iyun, SalamNews. Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinon (DQİDK) əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

SalamNews xəbər verir ki, sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Bağırov Kamil Zülfi oğlu

Əliyeva Yaqut Qəşəm qızı

Məmmədov Qağayı Məmmədağa oğlu

Zülfüqarov Əliheydər Nizami oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Bədirov Miryəhya Rəsul oğlu

Əliyev Zirəddin Çoban oğlu

Həsənova Güney Elşən qızı

Hüseynov Oqtay Nəsir oğlu