![]() |
AZƏRBAYCAN » CƏMİYYƏT |
![]() Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşların müraciətlərini dinləyib Bakı, 31 avqust, SalamNews. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qazax şəhərindəki Ədəbiyyat Muzeyində Ağstafa, Tovuz və Qazax rayonlarından olan sakinləri qəbul edib. SalamNews xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin Qazax şəhərindəki abidəsi önünə gül dəstəsi qoyulub, xatirəsi ehtiramla yad olunub. Qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini mərkəzlərin müvafiq ədəbiyyatla təminatı və digər məsələlərlə bağlı müraciət ediblər. Komitə sədri onların hər birini diqqətlə dinləyib. İyirmidən çox vətəndaşı qəbul edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bir sıra müraciətləri yerindəcə həll edib, bəzilərinin isə araşdırılması üçün göstərişlər verib. Komitənin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb. |