AZƏRBAYCAN » SİYASƏT
22 Sentyabr 2016, 12:26 (GMT +4)

Azərbaycanda referendum prosesini dünyanın bütün nöqtələrindən izləmək mümkün olacaq - Məzahir Pənahov

Bakı, 22 sentyabr, SalamNews, A.Bayramova. “Azərbaycanda referendumun keçirilməsinə sayılı günlər qalıb”.

SalamNews xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov deyib.

Sədr bildirib ki, min seçki məntəqəsində quraşdırılmış veb-kameraların vəziyyətilə tanış olduq: “Bütün məntəqələrdən görüntü çox yüksək səviyyədədir. Son texnologiyalardan istifadə edərək görüntülərin əldə olunmasına çalışılıb. Biz çalışırıq ki, yerlərdə elektrik enerjisi təchizatı və telefon rabitəsinin verilməsində problem olmasın”.

M.Pənahov deyib ki, dünyanın bütün nöqtələrindən istənilən şəxs MSK-nın saytı vasitəsilə “online” rejimdə bütün prosesləri arası kəsilmədən veb-kameralardan izləmək imkanı əldə edəcək: "İnanıram ki, biz işimizi standartlara cavab verən şəkildə yerinə yetirəcəyik”.