![]() |
DÜNYA » SİYASƏT |
![]() Filippin prezidenti: Özümü yaxşı biri kimi göstərməyə vaxtım yoxdur Bakı, 30 dekabr, SalamNews, C.Nəzərov. Filippin lideri Rodriqo Duterte ictimaiyyətin hüsn-rəğbətini qazanmağa çalışmadığını, bunun əvəzinə prezidentlik sözlərinə əməl etdiyini bildirib. Bu barədə SalamNews RİA “Novosti”yə istinadla xəbər verir. "Populyar prezident olmağa çalışmıram. Mənim işim sizə verdiyim sözdür - bu korrupsiyanın, qeyri-leqal narkotiklərin kökünü kəsməkdir. Mən bunu edəcəyəm. Özümü yaxşı biri kimi göstərməyə vaxtım yoxdur.”, - o, yerli telekanallardan birinə müsahibəsində bildirib. Duterte prezidentlik kampaniyası zamanı ölkədə cinayəti aradan qaldırmağa dair təntənəli şəkildə söz verib. “Daha yaxşı biri olmaq istərdim, lakin edilməli olan işlər var və mən bunu edəcəyəm. Həyatımı və prezidentliyimi təhlükə altında qoymaq lazım gəlsə belə, bunu edəcəyəm!”, - Filippin rəhbəri yekun olaraq bildirib.
|