DÜNYA » HADİSƏLƏR
04 Yanvar 2017, 10:35 (GMT +4)

Filippində naməlum şəxslər həbsxanaya hücum ediblər, 130-dan çox məhbus qaçıb

Bakı, 4 yanvar, SalamNews, C.Nəzərov. Filippinin cənubunda həbsxanaya hücumdan sonra ən azı 132 məhbus qaçıb. Qaçan şəxslərdən ikisi saxlanılıb, qalanlarının axtarışı davam etdirilir.

SalamNews-un RT-yə istinadla verdiyi xəbərə görə, hücum nəticəsində həbsxananın mühafizəçisi öldürülüb, bir məhbus yaralanıb. 

Həbsxanadan bir neçə kilometr məsafədə yerləşən yaşayış məntəqəsinin rəhbəri sakinlərin qaçmış məhbuslardan birini ələ keçirməyə müvəffəq olduqlarını bildirib.