AZƏRBAYCAN » CƏMİYYƏT
12 Yanvar 2017, 17:40 (GMT +4)

Xəzər Universitetinin Dünya Məktəbində Misir Mədəniyyət günü keçirilib

Bakı, 12 yanvar, SalamNews. Xəzər Universitetinin Dünya Məktəbində  Misir Mədəniyyət günü keçirilib.

SalamNews xəbər verir ki, “Elçi daşı” layihəsi çərçivəsində keçirilən tədbirin məqsədi Azərbaycandakı səfirliklər, xarici ölkələrin mədəniyyət mərkəzləri ilə bərabər əməkdaşlıq etmək, şagirdləri ölkələrlə daha yaxından tanış etməkdir.

Tədbirdə Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Suzan Cəmil, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi, İordaniyanın, Sudanın səfirləri və Səudiyyə Ərəbistanı, Mərakeş, Küveyt, Əlcəzairin və digər ərəb ölkələrinin səfirliklərinin nümayəndələri, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva, Milli Məclisin deputatı, professor Nizami Cəfərov, Xəzər Universiteti və Dünya Məktəbinin təsisçisi, professor Hamlet İsaxanlı və digərləri iştirak ediblər.

Çıxışlarda Azərbaycanla Misirin müştərək mədəni bağlarından, dost ölkə olaraq münasibətlərindən söz açılıb. Çoxlu sayda qonaqların və media mənsublarının iştirak etdiyi bu tədbirdə qədim ərəb əfsanəsi “Leyli və Məcnun”un klassik ədəbiyyatımızda özünəməxsus yerindən danışılıb.