AZƏRBAYCAN » İQTİSADİYYAT
17 Yanvar 2017, 13:22 (GMT +4)

Ötən il Azərbaycanda neft və əmtəəlik qaz hasilatı azalıb

Bakı, 17 yanvar, SalamNews. 2016-cı ildə mədənçıxarma sektorunda neft istehsalı 1,4 faiz, əmtəəlik təbii qaz hasilatı isə 3,9 faiz azalıb.

Dövlət Statistika Komitəsindən SalamNews-a bildirilib ki, keçən il sənaye sahəsində 32,3 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 0,4 faiz az sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 65,4 faizi mədənçıxarma sektorunda istehsal olunub.