AZƏRBAYCAN » SİYASƏT
03 Mart 2017, 18:01 (GMT +4)

Gənclər və İdman Nazirliyində bir qrup idmançı və idman mütəxəssisinin mükafatlandırılma mərasimi keçirilib

Bakı, 3 mart, SalamNews, A.Bayramova. Gənclər və İdman Nazirliyində bir qrup idmançı və idman mütəxəssisinin mükafatlandırılma mərasimi keçirilib.

SalamNews xəbər verir ki, tədbir 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunub.

Nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov idmançıları təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzu edib.

"Fəxri bədən tərbiyəsi və idman işçisi" adına layiq görülənləri mükafatlandırıb ,o, "Əməkdar məşqçi", "Əməkdar idman ustası" fəxri adlarını təqdim edib.

Bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olanlara isə diplomlar verilib.