DÜNYA » SİYASƏT
14 Mart 2017, 16:54 (GMT +4)

NATO Abxaziyadakı “parlament seçkiləri”ni tanımadığını bəyan edib

Bakı, 14 mart, SalamNews, C.Nəzərov. "NATO martın 12-də Abxaziyada baş tutmuş “parlament seçkiləri”ni tanımır".

SalamNews-un "RİA Novosti"-yə istinadla verdiyi xəbərə görə, bu barədə alyansın baş katibinin Zaqafqaziya və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib.

“Keçirilmiş seçkilər Gürcüstandakı vəziyyətin həllinə yardımçı olmayıb. NATO-nun müttəfiq və tərəfdaşları Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarını müstəqil dövlətlər qismində tanımır”, - deyə Appaturay bildirib.

Bəyanatda alyansın Gürcüstanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünə tam dəstəyi ifadə edilib.