AZƏRBAYCAN » HADİSƏLƏR
15 Aprel 2017, 10:13 (GMT +4)

Bakının Pirallahı rayonunda körpələr evində yanğın baş verib

Bakı, 15 aprel, SalamNews. Bakıda körpələr evində yanğın baş verib.

SalamNews Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Pirallahı rayonunda ümumi sahəsi 450 kvadratmetr olan ikimərtəbəli "Cırtdan" körpələr evinin zirzəmisində 3 kvadratmetr sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.