AZƏRBAYCAN » SİYASƏT
20 Aprel 2017, 09:31 (GMT +4)

Gənclər və İdman Nazirliyinin səlahiyyətləri artırılıb

Bakı, 20 aprel, SalamNews. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

SalamNews xəbər verir ki, fərmana əsasən “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.39-1-ci bənd əlavə edilir:

“8.39-1. idman yarışlarının manipulyasiyası ilə mübarizə tədbirləri həyata keçirmək;”.