AZƏRBAYCAN » İQTİSADİYYAT
01 May 2017, 13:34 (GMT +4)

Əmanətlərin Sığortalanması Fondu "Yunayted Kredit Bank"ın kreditorlarına müraciət edib

Bakı, 1 may, SalamNews. Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Yunayted Kredit Bank"ın kreditorlarına və borclularına müraciət edib.

Fonddan SalamNews-a bildiriblər ki, "Yunayted Kredit Bank" ASC-nin ləğvedicisi "Azerbaijan International Legal Company" MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənib. Bununla əlaqədar olaraq müflis elan edilmiş banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər: kreditorun adı ünvanı, tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri, tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etmələri xahiş olunur.