AZƏRBAYCAN » CƏMİYYƏT
16 May 2017, 16:51 (GMT +4)

Səyyar ASAN xidmət Mərdəkan qəsəbəsində vətəndaşlara kommunal xidmətlər göstərəcək

Bakı, 16 may, SalamNews. Səyyar "ASAN xidmət" 16 – 31 may tarixində Xəzər rayonunun Mərdəkan qəsəbəsində vətəndaşlara səyyar formada kommunal xidmətlər (“Azərişıq”, “Azərsu” ASC və “Azəriqaz” İB) göstərəcək.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən SalamNews-a verilən məlumata görə, bununla yanaşı, Səyyar "ASAN xidmət" tərəfindən Abşeron Gənclər Evində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Qeyd edək ki, Səyyar "ASAN xidmət"in 10 avtobusu və həmçinin səyyar "ASAN qatar" dövri olaraq ölkənin şəhər və rayonlarında xidmət göstərir. Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Ətraflı məlumat üçün vətəndaşlar 108 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.