DÜNYA » SİYASƏT
19 May 2017, 16:42 (GMT +4)

Dmitri Medvedev İstanbulda türkiyəli həmkarı ilə görüşəcək

Bakı, 19 may, SalamNews, N.Ələkbər. Rusiyanın Baş naziri Dmitri Medvedev türkiyəli həmkarı Binəli Yıldırımla görüşəcək.

SalamNews-un “Sputnik”-ə istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya baş nazirinin mətbuat xidməti açıqlama yayıb.

D.Medvedev İstanbulda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) sammitində iştirak edəcək. İstanbul səfəri ilə bağlı məlumat verən mətbuat xidməti, səfər çərçivəsində Yıldırımla Medvedev arasında təktəbək görüşün nəzərdə tutulduğunu açıqlayıb.

Açıqlamada, həmçinin qeyd edilir ki, Rusiya Baş nazir müavini Arkadi Dvorkoviç və enerji naziri Aleksandr Novak İstanbul səfəri zamanı Medvedevi müşayiət edəcək.