DÜNYA » HADİSƏLƏR
14 İyun 2017, 17:47 (GMT +4)

Nepalda baş verən yol qəzasında ən azı 10 nəfər həlak olub

Bakı, 14 iyun, SalamNews, C.Nəzərov. Nepalın qərbində avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ən azı 10 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

SalamNews-un xəbərinə görə, bu barədə "Kathmandu Post" qəzeti məlumat yayıb.

Yerli polis nümayəndəsi Yogendra Khadlakanın sözlərinə əsasən, Kalikotdan Bhimdattaya hərəkət edən avtobus Daylekh rayonunda çaya düşüb.

Qəzanın səbəbi açıqlanmır. Araşdırma aparılır.