AZƏRBAYCAN » MEDİA
25 İyun 2017, 12:24 (GMT +4)

"Lent.az" 9 yaşını qeyd edir

Bakı, 25 iyun, SalamNews. "Lent.az" İnformasiya Agentliyinin yaranmasından 9 il ötür.

SalamNews xəbər verir ki, agentlik 2008-ci il iyunun 25-dən hər gün oxucuları üçün obyektiv, operativ və dolğun xəbər lenti hazırlayır, müxtəlif səpkili layihələr həyata keçirir.

Hazırda "Lent.az" Azərbaycanda ana dilində ən böyük xəbər portalıdır. Portal gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir. Saytda ölkə və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm araşdırmalar işıq üzü görür.

SalamNews kollektivi bu münasibətlə həmkarlarını təbrik edir!