DÜNYA » HADİSƏLƏR
14 Avqust 2017, 09:26 (GMT +4)

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 47-yə çatıb

Bakı, 14 avqust, SalamNews, N.Ələkbər. Nepalın cənubunda yağan leysan yağışlar nəticəsində baş verən sel və torpaq sürüşməsi zamanı ölənlərin sayı 47-yә çatıb.

SalamNews-un TRT-yə istinadən verdiyi xəbərə görə, bu barәdә ölkə polis idarәsinin rәsmisi Puşkar Karti mәlumat verib.

Onun sözlərinə əsasən, torpaq sürüşmәsi nәticәsindә 27 nәfәr itkin düşüb, 31 min ailә evsiz qalıb.

Ölü sayının artacağı ehtimalının yüksək olduğunu bildirən Karti bir çox bölgələrdə rabitə və elektrik enerjisinin kəsildiyini əlavə edib.