DÜNYA » CƏMİYYƏT
14 Avqust 2017, 10:56 (GMT +4)

Avqustun 21-də tam Günəş tutulması baş verəcək

Bakı, 14 avqust, SalamNews. Avqustun 21-də tam Günəş tutulması baş verəcək.

SalamNews AMEA-nın saytına istinadla xəbər verir ki, Günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olacaq. Tutulma müddəti 2 dəqiqə 40 saniyə, yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edəcək. Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edəcək bu nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri müşahidə edə biləcəklər.

İlk dəfə ABŞ-ın bütün ştatlarını əhatə edəcək Günəş tutulmasına “Böyük Amerika tutulması” adı verilib. Tutulma zamanı Günəş aktivliyi dünyanın ən güclü teleskopu olan DKIST vasitəsi ilə izləniləcək.