AZƏRBAYCAN » CƏMİYYƏT
09 Oktyabr 2017, 12:28 (GMT +4)

Səyyar ASAN xidmət ölkənin 5 yeni məntəqəsində xidmət göstərəcək

Bakı, 9 oktyabr, SalamNews. Səyyar ASAN xidmət oktyabrın 9-18-də Samux şəhərində,oktyabrın 9-23-də isə Şabran, Ağdaş, Qobustan, Göytəpə şəhərlərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən SalamNews-a verilən məlumata görə, həmçinin, oktyabrın 31-nə qədər  Xəzər rayonunun Binə qəsəbəsində səyyar formada kommunal xidmətlər (“Azərişıq”, “Azərsu” ASC və “Azəriqaz” İB) təqdim olunacaq.

Bundan başqa, səyyar avtobuslar Şirvan və Xırdalanda,Ucarda,Qaradağ rayonunun Lökbatan qəsəbəsində də vətəndaşların xidmətində olacaq.