AZƏRBAYCAN » İDMAN
16 Oktyabr 2017, 18:06 (GMT +4)

Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə yeni müdir təyin olunub

Bakı, 16 oktyabr, SalamNews. Novruzov Namiq Samur oğlu  Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə yeni müdir təyin olunub.

SalamNews-un məlumatına görə, N.Novruzov bu yaxınlarda Azərbaycan Turizm və Menecment Universitetinə rektor təyin olunmuş İlham Mədətovu əvəzləyib. 

Qeyd edək ki, Namiq Novruzov 1978-ci ildə Bakı şəhərində anadan olub.

Bakı şəhər 6 nömrəli məktəbdə təhsil alıb. Təhsilinin son, 10-cu sinfini Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində “Timwater  high school” da davam etdirib.

1995-96-cı illərdə ABŞ-ın “Centralia Community Colleg” nin siyasi elmlər fakultəsində təhsil alıb.

1997-98-ci illərdə London şəhərində hazırlıq kursunda təhsil almış, 1999-cu ildə İngiltərənin Loverpool  John Murs universitetinə qəbul olunmuş, daha sonra  isə təhsilini Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakultəsində davam etdirib.

2003-2007-ci  illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət  İdarəçilik Akademiyasının hüquq fakultəsində təhsil almış və oranı  fərqlənmə diplomu ilə bitirib.

2007-2011-ci illərdə Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu  Akademiyasının menecment fakultəsində təhsil alıb.

2000-ci ildə “BM” hüquq şirkətində hüquqşünas köməkçisi vəzifəsində fəaliyyətə başlamış və 2006-cı ildə həmin şirkətdə vitse prezident vəzifəsinə qədər yüksəlib

2007-2010- cu illərdə müxtəlif şirkətlərdə hüquq şöbəsinin müdiri və direktor vəzifələrində çalışıb.

2012-ci ildən Gənclər və İdman Nazirliyində Regionlarla iş və kadrlar şöbəsinin Regionlarla iş sektorunda aparıcı məsləhətçi, 2013-cü ildən isə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq əməkdaşlıq və beynəlxalq qurumlarla iş sektorunun müdiri səlahiyyətlərini icra edib.

2017-ci ilin oktyabr ayında Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.