AZƏRBAYCAN » MƏDƏNİYYƏT
19 Oktyabr 2017, 11:34 (GMT +4)

İçərişəhərdə gənc rəssamların əsərləri sərgilənəcək

Bakı, 19 oktyabr, SalamNews.  “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə “Art Tover” qalereyasında dekabrın 12-də rəsm sərgisi açılacaq.

SalamNews  xəbər verir ki, “Start” layihəsi çərçivəsində gerçəkləşəcək sərgi Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə təşkil olunacaq.

Gənc və həvəskar rəssamların inkişafı üçün nəzərdə tutulan sərgisinin kuratoru Natalya Yarkovayadır.

Sərgidə fırça ustalarının fərqli üslubda və texnikada işlənən sənət əsərləri- rəngkarlıq, qobelen və heykəltəraşlıq nümunələri nümayiş olunur. Müxtəlif sənət əsərlərinin yer aldığı sərgi iki gün davam edəcək. İştirak etmək istəyənlər əsərlərini sergi@artscouncil.azelektron ünvanına göndərə bilərlər.