AZƏRBAYCAN » SİYASƏT
16 Noyabr 2017, 12:43 (GMT +4)

Mariya Zaxarova: Azərbaycan Cənubi Qafqaz regionunda mühüm strateji tərəfdaşımızdır

Bakı, 16 noyabr, SalamNews. Noyabrın 20-də Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana, 20-21 noyabr tarixində isə Ermənistana rəsmi səfər edəcək. SalamNews-un “Moskva-Baku” portalına istinadən verdiyi xəbərə görə, bu sözləri keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"20 noyabrda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.

Onun bu ölkənin Xarici İşlər naziri ilə danışıqları planlaşdırılır. Dəfələrlə  qeyd etdiyimiz kimi Azərbaycan Cənubi Qafqaz regionunda bizim mühüm strateji tərəfdaşımızdır”, deyə o bildirib.