QAFQAZ » İQTİSADİYYAT
13 Dekabr 2017, 17:52 (GMT +4)

Rusiya bir ildə Ermənistan iqtisadiyyatına 2 milyard dollardan çox investisiya yatırıb

Bakı, 13 dekabr, SalamNews, A.Bayramova. Rusiya Ermənistan iqtisadiyyatının müxtəlif sahələrinə investisiya yatırmağı planlaşdırıb.

SalamNews erməni KİV-nə istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı ticarət nümayəndəsi Andrey Babko bildirib.

Onun sözlərinə görə, 2016-cı ildə Rusiyanın Ermənistan iqtisadiyyatına yatırdığı investisiya 2 milyard dollardan çox olub: "Rusiya həmçinin Mehri azad iqtisadi zonasına da sərmayə ayırmaq niyyətindədir".

Nümayəndə vurğulayıb ki, artıq Ermənistanda Rusiyanın da investisiya yatırdığı nüvə zavodunun təkmilləşdirilməsi prosesinə başlanılıb.