AZƏRBAYCAN » SİYASƏT
26 Yanvar 2018, 13:10 (GMT +4)

Ərdoğan AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbərinə təşəkkür edib

Bakı, 26 yanvar, SalamNews. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində başlatdığı "Zeytun budağı" əməliyyatına dəstək ifadə etdiyinə görə, Azərbaycanın millət vəkili, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova minnətdarlığını bildirib.

SalamNews-un"Hürriyet"ə istinadən verdiyi xəbərə görə, Ərdoğan bildirib ki, "Zeytun budağı"  yalnız terrorçulara qarşı keçirilən hərbi əməliyyatdır: "Türkiyənin Afrin əməliyyatının hədəfi  sadəcə terrorçular, terror təşkilatlarıdır. Bunu Avropa Parlamentində bu əməliyyatı işğal kimi göstərmək istəyənlərə söyləyirəm. Azərbaycanın millət vəkili Səməd Seyidova da  qətiyyətli davranışına görə təşəkkür edirəm".