AZƏRBAYCAN » İDMAN
15 Fevral 2018, 17:16 (GMT +4)

Azərbaycan millisi Qırğızıstan yığması ilə qarşılaşacaq

Bakı, 15 fevral, SalamNews.  Futbol üzrə Azərbaycan milli komandası Bakıda daha bir yoldaşlıq oyunu keçirəcək.

SalamNews AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv mayın 29-da Bakı Olimpiya Stadionunda (BOS) Qırğızıstan yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi martın 23-də BOS-da Belarus, iyunun 9-da isə Riqada Latviya yığması ilə qarşılaşacaq.