DÜNYA » HADİSƏLƏR
12 Mart 2018, 13:30 (GMT +4)

Nepalda sərnişin təyyarəsi qəzaya uğrayıb

Bakı, 12 mart, SalamNews. Nepalda sərnişin təyyarəsi qəzaya düşüb.

SalamNews-un yerli “Kathmandu Post” qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə paytaxt Katmandunun beynəlxalq hava limanının yaxınlığında baş verib.

Təyyarə Banqladeşin US-Bangla şirkətinə məxsus olub..

S2-AGU nömrəli təyyarə eniş edərkən enmə zolağına deyil, yaxınlıqdakı futbol meydançasına düşüb. 

Təyyarədə 67 nəfər olub. Turizm Nazirliyinin katibi Sureş Açarya bildirib ki, təyyarədəkilərdən 17-si xilas edilərək xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində həlak olanların olduğu bildirilir.

İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub.