DÜNYA » HADİSƏLƏR
12 Mart 2018, 15:20 (GMT +4)

Nepalda təyyarə qəzasında azı 50 nəfər ölüb

Bakı, 12 mart, SalamNews. Banqladeşin US-Bangla şirkətinə məxsus sərnişin təyyarəsinin Nepalda qəzaya uğraması nəticəsində azı 50 nəfər ölüb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

SalamNews-un verdiyi xəbərə görə, müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilmiş 17 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, hadisə paytaxt Katmandunun beynəlxalq hava limanının yaxınlığında baş verib. İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub.