AZƏRBAYCAN » SİYASƏT
19 Mart 2018, 12:40 (GMT +4)

Binəli Yıldırım azərbaycanlı şəhid övladları ilə görüşəcək

Bakı, 19 mart, SalamNews. Türkiyənin baş naziri Binəli Yıldırım azərbaycanlı şəhid övladları ilə görüşəcək.

SalamNews-un "Haberler"ə istinadən verdiyi xəbərə görə, görüş Çankaya sarayında baş tutacaq.

Məlumata əsasən, Yıldırım “Türkiyə-Azərbaycan şəhid övladları qucaqlaşır” layihəsi çərçivəsində  Azərbaycan nümayəndə heyətini qəbul edəcək.