QAFQAZ » DİN
02 May 2018, 17:03 (GMT +4)

Gürcüstanda Həzrəti Mehdinin (ə) doğum günü qeyd olunub (FOTO)

Bakı, 2 may, SalamNews.Qardabani şəhərində Həzrət Mehdinin (ə) təvəllüdü ilə bağlı bayram tədbiri keçirildi.

SalamNews xəbər verir ki, tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi və digər yerli ruhanilər də iştirak edib.

Kərbəlayi Pərvizin aparıcılığı ilə keçirilən tədbir Azərbaycanın tanınmış Quran qiraətçisi Hacı Ruslanın Qurani-Kərimdən bir neçə ayəni tilavət etməsi ilə başladı.

Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Azərbaycandan dəvət olunan tanınmış din alimi Hacı Cavad məscidinin axundu Hacı Əhliman Rüstəmov, İran İslam Respublikasından din alimləri Hacı Rəhim Kargər və Hacı Davud Zare və İİR-ının ölkəmizdəki Səfriliyinin Mədəniyyət Mərkəzinin sədri Həmid Müstəfəvi və Əhlibeyt hikməti cəmiyyətinin sədri Hacı Namiq Hüseynov çıxış etdilər.

Çıxış edənlər zamananın İmamı və xilaskarı Hz. İmam Mehdinin (ə.c) qeybdə olmasının və intizarın mahiyyət və fəzilətləri və eyni zamanda imamın həqiqi yolunu gözləyənlərin vəzifələri haqda söhbətlər etdilər. Gözlərdən gizlin olan zamananın imamının haqqında bir çox sualların cavabına aydınlıq gətirdilər.

Gürcüstanda yeni fəaliyyət göstərən “Nuri Taha” İlahi nəğmələr qrupunun oxuduğu şeir və ilahilərlə davam edən məclisin sonunda sual-cavab yarışlarının qaliblərinə və adları İmamın ad və ləqəblərindən olanlara hədiyyələr təqdim olundu və mərasim İmam Zaman (ə) duası oxunmaqla sona çatdı.

Sonda qonaqlara yeni çap olunmuş “Bizimlə, bizdən gizli” kitabçası təqdim olundu. Tədbir iştirakçıları bayram süfrəsi ətrafında bir araya gəldilər.