DÜNYA » SİYASƏT
13 İyul 2018, 17:44 (GMT +4)

Binəli Yıldırım Türkiyənin Dövlət Şərəf Medalı ilə təltif olunub

Bakı, 13 iyul, SalamNews, S.Vaqifoğlu. Ötən gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilmiş Binəli Yıldırım Dövlət Şərəf Medalı ilə təltif olunub.

SalamNews xəbər verir ki, bu münasibətlə Ankarada təşkil olunan mərasimdə mükafatı TBMM-in sədrinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.

Rəcəb Tayyib Ərdoğan parlamentin sədri ilə səmimi dostluq münasibətlərindən, Binəli Yıldırımın ölkəsinə və xalqına sədaqətindən, yüksək insani keyfiyyətlərindən danışıb. Dövlət başçısı əminliklə bildirib ki, Baş nazir işlədiyi dövrdə olduğu kimi, Türkiyə Böyük Millət Məclisinin sədri olduğu müddətdə də Binəli Yıldırım Türkiyə dövləti naminə fəaliyyətini davam etdirəcək.