AZƏRBAYCAN » DİN
16 İyul 2018, 11:20 (GMT +4)

Dini gözdən salmağa cəhd edən radikal qruplarların fəaliyyəti aktivləşib - Mübariz Qurbanlı

Bakı, 16 iyul, SalamNews. "İslam ölkələrində, o cümlədən ölkəmizdə son vaxtlar ictimai-siyasi havanı pozmağa cəhd göstərən, dini gözdən salmağa cəhd edən radikal qruplarların fəaliyyəti daha da aktivləşib. Bu radikal qruplar müxtəlif adlar altında fəaliyyət  götərirlər". 

SalamNews xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Bakıda keçirilən "Media: Dini Radikalizmlə Mübarizə" adlı konfransda çıxışı zamanı bildirib.

Komitə sədri bildirib ki, həmin qruplar din adı altında gizlənərək bu cəhdləri edirlər: "Biz həmin insanların kimliyin araşdıranda görürürk ki, onlar din ilə bağlı olan insanlar deyirlər. Sadəcə xarici qruplar tərəfindən göstəriş verilən insanlardır".

M.Qurbanlı dini radikal qruplara qarşı ideoloji sahadə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın roluna toxunub.