DÜNYA » HADİSƏLƏR
18 İyul 2018, 10:29 (GMT +4)

Qırğızıstanda 4,7 bal gücündə zəlzələ baş verib

Bakı, 18 iyul, SalamNews. Qırğızıstanda 4,7 bal gücündə zəlzələ baş verib.

SalamNews xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzin yaydığı məlumata görə, yeraltı təkanların episentri Oş şəhərindən 54 kilometr cənub-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.