AZƏRBAYCAN » SİYASƏT
25 İyul 2018, 09:03 (GMT +4)

TBMM sədri Binəli Yıldırım və müdafiə naziri Hulusi Akar Azərbaycana gələcək

Bakı, 25 iyul, SalamNewsTürkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım və müdafiə naziri Hulusi Akarın Azərbaycana səfərləri planlaşdırılır.

SalamNews-un xəbərinə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.  

“Biz qardaşıq. Gözəl ənənələrimiz  var. Bunlardan biri də odur ki, hər iki ölkədə keçirilən seçkilərdən sonra ilk ziyarətlər Azərbaycana, Türkiyəyə edilir”, - deyə o, söyləyib.

 M. Çavuşoğlu görüşdə mühüm regional layihələri, bölgədə təhlükəsizlik və sabitliyi müzakirə etdiklərini bildirib: “Bakı-Tiflis-Qars strateji layihədir. İndi hamı bu layihəyə qoşulmaq  istəyir. Yaxın gələcəkdə TAP layihəsi vasitəsilə Azərbaycan qazı Avropa ölkələrinə nəql olunacaq. Hər ötən gün qardaşlığımızı və beynəlxalq əməkdaşlığımızı gücləndirəcəyik”.