AZƏRBAYCAN » CƏMİYYƏT
21 Avqust 2018, 21:51 (GMT +4)

Nazir Muxtar Babayev Latviyanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı, 21 avqust, SalamNewsBu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs arasında görüş keçirilib.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Latviya arasında ətraf mühit sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.