AZƏRBAYCAN » SİYASƏT
03 Sentyabr 2018, 13:24 (GMT +4)

Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

Bakı, 3 sentyabr, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri sentyabrın 3-də başa çatıb.

SalamNews xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul beynəlxalq hava limanında Prezident İlham Əliyevi Qırğız Respublikasının Baş naziri Muxammetkalıy Abılqaziyev və İssık-Kul vilayətinin qubernatoru Akılbek Osmonaliyev yola saldılar.