AZƏRBAYCAN » HADİSƏLƏR
26 Sentyabr 2018, 14:11 (GMT +4)

Ələtdə “KamAZ” yol ayırıcısına çırpılıb, ölən var

Bakı, 26 sentyabr, SalamNews. Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 DİN-dən SalamNews-a verilən məlumata görə, sentyabrın 25-də saat 4 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Şərur rayon sakini Mirheydər Tağıyev idarə etdiyi “KamAZ” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.