DÜNYA » ELM VƏ TEXNOLOGİYA
01 Oktyabr 2018, 15:12 (GMT +4)

Tibb sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıb

Bakı, 1 oktyabr, SalamNewsİsveçdə tibb sahəsi üzrə Nobel mükafatı laureatlarının adları elan edilib. 2018-ci il üçün bu mükafata amerikalı və yaponiyalı alimlər Ceyms Ellison və Tasuku Xondze  layiq görülüblər.

SalamNews xəbər verir ki, alimlər xərçəng terapiyasının mənfi immun tənzimləməsinin qadağan edilməsini kəşf etdikləri üçün mükafata layiq görülüblər.

Onlar bədxassəli şişlərinin immun reaksiyanın nəzarət nöqtələri deyilən molekullar vasitəsilə oqranizmin immun sistemindən qorunduğu aşkara çıxarılıb.