MDB ÖLKƏLƏRİ » HADİSƏLƏR
08 Oktyabr 2018, 09:30 (GMT +4)

Qırğızıstanın mədəniyyət və turizm naziri vəfat edib

Bakı, 8 oktyabr, SalamNewsQırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Sultan Jumaqulov  dünyasını dəyişib.

SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi məlumat yayıb.

O, uzun sürən xəstəlikdən sonra  59 yaşında vəfat edib.