AZƏRBAYCAN » DİN
18 Oktyabr 2018, 17:31 (GMT +4)

Cəlilabadda şəhidlik mövzusunda seminar keçirilib (FOTO)

Bakı, 18 oktyabr, SalamNews. Oktyabrın 18-də Mənəvi Dəyərlərin Təbliği Fondu və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Loğman Hüseynov, ilahiyyatçı ekspert Anar Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Mahmud Əsgərov, din xadimləri, dini icma sədrləri, ictimaiyyət nümayəndələri və dindarlar iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov şəhidlik və onun mahiyyəti ilə bağlı təşkil edilən silsilə tədbirlərin ölkəmizin mənəvi mühitinə müsbət təsir göstərdiyini qeyd edib. Seminar-treninqdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev Fondun yaranması və fəaliyyəti haqqında geniş məlumat verib.

C.Əliyev bu gün Müstəqillik gününün qeyd edildiyini və Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimizin hər gün daha da gücləndiyini diqqətə çatdırıb. Seminar-treninqin mövzusu ilə bağlı fikirlərini bölüşən İcraçı direktor müavini şəhidliyin mahiyyəti haqqında da danışıb. Tədbirdə çıxış edən ilahiyyatçı ekspert Anar Əliyev şəhidliyin milli-mənəvi şüurumuzdakı yeri və dini düşüncədə olan məqamı haqqında məruzə ilə çıxış edib.

Seminarda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Mahmud Əsgərov İslam dinində şəhidlərə böyük hörmət və ehtiram olduğunu bildirib.

Sonda çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Loğman Hüseynov maarifləndirmə işinin yüksək səviyyədə təşkil olunduğu və mütəmadi xarakter daşıdığını vurğulayıb. Sonda dini icma sədrləri tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.