AZƏRBAYCAN » CƏMİYYƏT
22 Oktyabr 2018, 17:46 (GMT +4)

Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edir

Bakı, 22 oktyabr, SalamNews.  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu “Media və mənəvi dəyərlər” mövzusunda məqalə müsabiqəsi elan edib.

Fonddan SalamNews-a verilən məlumata görə, müsabiqəyə mənəvi dəyərlərin təbliği, qorunması, inkişafi, eləcə də, Azərbaycançılıq ideologiyası ilə bağlı məqalələr göndərilə bilər.

“Eyni zamanda, ulu öndər Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin mənəvi dəyərlərin qorunması və inkişafı sahəsindəki siyasətini işıqlandıran məqalələr də qəbul olunur”,-deyə müsabiqənin təşkilatçıları bildiriblər.


Kriteriyalar:


Ø Məqalə innovativvə əhatəli olmalıdır;
Ø Müsabiqə elan olunduqdan sonra, qəzet və ya elektron internet portallarında dərc edilməlidir;
Ø Məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır. (1,5 aralıq məsafə ilə təxmiən 3-4 A4 formatlı vərəq həcmində);
Ø Yazılar qəzetdə dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Fonda təqdim olunmalıdır;
Ø Elektron portalda dərc edilərsə:A4 formatlı vərəqdə (Times New Roman 14 şrift)çap olunmalı və link əlavə edilərək Fonda təqdim edilməlidir.


Mükafat:

I yer - 400 AZN (1 nəfər)

II yer - 300 AZN (2 nəfər)

III yer – 200 AZN (3 nəfər)

Hər biri 100 AZN olmaqla 5 həvəsləndirici mükafat

 

Müsabiqənin müddəti: 22 oktyabr – 22 noyabr 2018-ci il

Əlaqə:

Tel: (012) 464-92-53

E-mail: mdtf.press@gmail.com

Ünvan: Bakı şəhəri, Ə.Cavad küç. 16; Bakı şəhəri, Tblisi pr. 35 (ASK Plaza 4-cü mərtəbə)