QAFQAZ » İDMAN
24 Noyabr 2018, 15:26 (GMT +4)

Zabit Səmədov növbəti görüşünü keçirəcək

Bakı, 24 noyabr, SalamNews. Azərbaycanın K-1 döyüşçüsü Zabit Səmədov növbəti görüşünü keçirəcək.

SalamNews-un məlumatına görə, 34 yaşlı kikboksçu dekabrn 2-də Belarusun paytaxtı Minsk şəhərində Rusiya Federasiyasının Çeçenistan Respublikasının "Axmat" klubunun təşkil etdiyi turnirdə yarışacaq.

Turnirdə həmçinin Azərbaycanın digər K-1 döyüşçüsü Elxan Əliyev də iştirak edəcək. Yarışa Belarus, Ukrayna, Rusiya Federasiyası, Fransa, Almaniya, Rumıniya, Moldova kimi ölkələrdən 20 nəfər tanınmış kikboksçu qatılacaq.

Günün əsas döyüşü Zabit Səmədovla Rusiya təmsilçisi Yevgeni Orlov arasında olacaq. Elxan Əliyev isə mərakeşli Cihad Akipa ilə döyüşəcək.

Qeyd edək ki, əslən azərbaycanlı olan K-1 döyüşçüsü Zabit Səmədov da "Axmat" klubunun üzvüdür.