AZƏRBAYCAN » İQTİSADİYYAT
26 Noyabr 2018, 09:39 (GMT +4)

“Azərsu” ASC-nin qaynar xəttinin fəaliyyəti müvəqqəti dayandırılıb

Bakı, 26 noyabr, SalamNews. “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinin proqram təminatında təkmilləşdirmə işlərinin aparılması ilə əlaqədar xidmətin fəaliyyəti müvəqqəti dayandırılıb.

Bu barədə SalamNews-a ASC-dən məlumat verilib.

Gün ərzində proqram təminatında yenilənmə işlərinin başa çatdırılması və Zəng Mərkəzinin fəaliyyətinin bərpa olunması nəzərdə tutulur.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC istehlakçılardan üzr istəyir.