MDB ÖLKƏLƏRİ » SİYASƏT
03 Dekabr 2018, 14:18 (GMT +4)

Lukaşenko: Sanksiyalar AİD iqtisadiyyatı üçün bir şansdır

Bakı, 3 dekabr, SalamNews. Müxtəlif sanksiyalar və dünyadakı ticarət müharibələri Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrinin iqtisadiyyatı üçün bir şansdır.

SalamNews-un "BELTA"ya istinadən verdiyi xəbərə görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

"Dünyada ticarət baxımından bir qəribə, dəhşətli vəziyyət var. Ticarət müharibələrindən danışırlar. Ancaq bizim üçün bu unikal bir şansdır! Rusiya hər tərəfdən təzyiq altındadır. Biz kiçik bir ölkəyik, 10 il sanksiyalara məruz qaldıq. Ancaq sağ qaldıq. Birlikdə olsaq,  bu, iqtisadiyyatımız üçün bir şans olar", - Lukaşenko "Rusiya 24" televiziya kanalına müsahibəsində bildirib.