DÜNYA » HADİSƏLƏR
08 Dekabr 2018, 10:53 (GMT +4)

Cənubi Koreyada qatar relsdən çıxıb, xəsarət alanlar var

Bakı, 8 dekabr, SalamNews. Cənubi Koreyada Kannından Seula hərəkət edən qatar relsdən çıxıb. SalamNews xəbər verir ki, hadisə nəticəsində qatarın bütün vaqonları aşıb, azı 14 nəfər xəsarət alıb.

Qatarda ümumilikdə 198 sərnişin olub.