AZƏRBAYCAN » SİYASƏT
13 Dekabr 2018, 13:57 (GMT +4)

Mariya Zaxarova: Dağlıq Qarabağ münaqişəsi QDİƏT sammitində müzakirə olunacaq

Bakı, 13 dekabr, SalamNews. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə ediləcək.

SalamNews-un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Sergey Lavrovun regiona səfəri zamanı əsas mövzulardan biridir. Bu onunla bağlıdır ki, Rusiya danışıqlar prosesinin vasitəçilərindən biridir və bu mövzu hər iki tərəf üçün vacibdir", deyə Zaxarova bildirib.