AZƏRBAYCAN » MƏDƏNİYYƏT
18 Dekabr 2018, 14:42 (GMT +4)

N saylı hərbi hissədə konsert keçirilib

Bakı, 18 dekabr, SalamNews.  Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə N saylı hərbi hissədə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş bayram konserti keçirib.

Baş İdarədən SalamNews-a verilən məlumata görə, tanınmış müğənni Elnur Məmmədov şən mahnılardan ibarət konsert proqramı ilə çıxış edib. Onun vətənpərvərlik ruhunda olan ifaları əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb. Həmçinin rəqs kollektivlərinin rəngarəng ifaları maraqla qarşılanıb.

Sonda hərbi hissənin rəhbərliyi keçirilən tədbirə görə təşkilatçılara təşəkkürünü bildirib.