![]() |
MDB ÖLKƏLƏRİ » DİN |
![]() Özbəkistanda ötən il 39 məscid tikilib Bakı, 4 yanvar, SalamNews. Özbəkistanda 2018-ci ildə 13 yeni məscid açılıb. SalamNews xəbər verir ki, bu barədə CA-NEWS Özbəkistan Müsəlman İdarəsinə istinadən məlumat verir. Məlumatda bildirilir ki, ötən il ərzində 39 məscid tikilib, 100-ə yaxın məscid təmir olunub. Özbəkistan Müsəlmanları İdarəsi bir il ərzində Beynəlxalq İslam Akademiyası, İslam Mədəniyyəti Beynəlxalq Mərkəzi, Vəqf Xeyriyyə Fondu və "Hədis Elmlər Məktəbi" adlı ali İslam Təhsil Təşkilatı yaradıb. İdarənin məlumatında bildirilir ki, 2018-ci ildə Özbəkistanın 7.200-dən çox vətəndaşı həcc ziyarətinə gedib. |