AZƏRBAYCAN » SİYASƏT
09 Yanvar 2019, 09:10 (GMT +4)

KOBİA Koordinasiya Qrupunun tərkibində dəyişiklik edilib

Bakı, 9 yanvar, SalamNews. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibində dəyişiklik edilib.

SalamNews xəbər verir ki, bu barədə qərarı Baş naziri Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Koordinasiya Qrupunun tərkibində yer alan Dövlət Gömrük Komitəsi (DGK) Aparatının Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük Ödənişləri İdarəsinin rəisi Şahin Ələsgərov DGK Aparatının Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük Ödənişləri İdarəsinin rəisi Tariyel Alverdiyev ilə əvəzlənib.