AZƏRBAYCAN » HADİSƏLƏR
22 Yanvar 2019, 12:42 (GMT +4)

Gömrükdə avtomobildə gizlədilən siqaretlər aşkarlanıb

Bakı, 22 yanvar, SalamNews. Avtomobildə gizlədilən siqaretlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsində SalamNews-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi “Ford Transit” markalı nəqliyyat vasitəsi Gürcüstandan gələrkən saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda gizlədilən 2400 ədəd “Gold Mount” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.